reklam
Millimizin üzvü karyerasını İspaniyada davam etdirəcək
Sportfm.az xəbər saytı

Millimizin üzvü karyerasını İspaniyada davam etdirəcək


Azərbaycanın futzal yığmasının üzvü Rafael Karvalyo Vilela dos Santos karyerasını İspaniyada davam etdirəcək.

Sportfm.az xəbər verir ki, Braziliya əsilli futzalçı İspaniyanın "Palma" klubu ilə anlaşıb.

26 yaşlı oyunçu klubla daha iki il uzadıla bilməsi şərti ilə 2021-ci ilə qədər müqavilə imzalayıb. Son iki mövsümü Braziliyanın "Kopaqril" klubunda keçirən Karvalyo daha öncə "Araz"ın da şərəfini qoruyub. 

DÇ-2020-nin elit-raund mərhələsində iştirak edəcək milli komandanın heyətində Karvalyonun da yer alacağı gözlənilir. 

Qeyd edək ki, 29 yanvar - 1 fevral tarixlərində Xorvatiyanın Osiek şəhərində keçiriləcək turnirdə Azərbaycan millisi C qrupunda Rusiya, Slovakiya və Xorvatiya ilə mübarizə aparacaq. 

Oxşar xəbərlər

"Azərbaycanlı" Vilela Rusiya klubu ilə anlaşdı - Keçid
Millimizin üzvü Qazaxıstan klubunda
Millimizin oyunçusu karyerasını İspaniyada davam etdirəcək
Millinin elit-raund üçün heyəti məlum oldu - SİYAHI
Yığmamızın heyətində 3 qol vuran hücumçu Braziliya klubunda - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər