Azərbaycan nümayəndə heyəti paraddan keçdi -VİDEO
“Pekin-2022” XXIV Qış Olimpiya Oyunlarının açılış mərasimi davam edir.
Sportfm.az xəbər verir ki, “Pekin-2022” Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimində komandaların paradında Azərbaycan nümayəndə heyətinin üzvləri 42-ci keçiblər.
Çinin paytaxtındakı məşhur “Quş yuvası” stadionunda təşkil olunan açılış mərasiminin paradında komandamızın şef de-missionu, Milli Olimpiya Komitəsinin beynəlxalq əlaqələr idarəsinin müdiri Anar Bağırov, məşqçi Aleksey Çetveruxin və Azərbaycan Olimpiya komandasının bayraqdarı Vladimir Litvinsev iştirak ediblər.
Qeyd edək ki, açılış mərasimi 1 saat 40 dəqiqə davam edəcək. Mərasim üçün xüsusi şou hazırlanıb. Həmin şouya əksəriyyəti yeniyetmələr olmaqla 3 minə yaxın adam cəlb olunub.
Azərbaycanı Pekin Olimpiadasında Vladimir Litvintsev və Yekaterina Ryabova təmsil edəcəklər. Hər iki idmançımız fiqurlu konkisürmə yarışlarında mübarizə aparacaq. Vladimir Litvintsev kişilərin, Yekaterina Ryabova qadınların yarışında buz üzərinə çıxacaqlar.
Oxşar xəbərlər
Yeni dünya rekordu - Pekin-2022
Bu gün XXIV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək
İdmançılarımız püşkatma mərasiminə qatılmayacaq - Pekin-2022
Azərbaycanın bayraqdarı Litvintsev olacaq - ???
Azərbaycanın Qış Olimpiya Oyunlarındakı şef de-missionu məlum oldu - Beijing - 2022
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası