reklam
Azərbaycanlı döyüşçü “Pitbull”u məğlub edərək
Sportfm.az xəbər saytı

Azərbaycanlı döyüşçü “Pitbull”u məğlub edərək "Rizin 20" kəmərini qazandı


31 dekabrda həmyerlimiz Tofiq Musayev növbəti döyüşünə çıxıb. 

Sportfm.az xəbər verir ki, dünya və Avropa çempionu olan idmançımız "Saitama Super Arena"da 20-ci Rizin Kuboku çərçivəsində yarımfinal döyüşündə amerikalı rəqibi ilə üz-üzə gəlib. Saytama şəhərində 71 kq çəkidə mübarizə aparan Musayev rəqibi Coni Keysi ilk raundda texniki nokautla məğlub edib. Yarımfinalda qalib gələn həmyerlimiz 4-5 saat sonra final görüşünə çıxıb. Həlledici döyüşdə braziliyalı Patrik “Pitbull” Freyrini sınağa çəkən həmyerlimiz ona da qəlib gələrək "Rizin 20" kəmərini qazanıb. 

Qeyd edək ki, dekabrın son günü baş tutacaq həlledici döyüşdə qələbə Tofiqə öz çəki kateqoriyasından olan  aparıcı döyüşçülərlə bir sırada dayanma imkanı verəcək. Yəni Həbib Nurməhəmmədov, Konor MakQreqor, Dastin Porye, Toni Ferguson və digərləri kimi. Final görüşündə qalib gələcəyi təqdirdə Musayev karyerasını UFC-də davam etdirə biləcək. Bu isə ona tanınmış idmançılarla döyüşmək şansı yaradacaq. 

Oxşar xəbərlər

Tofiq Musayev rinqə qayıdır - “Rizin-28” turnirində döyüşəcək
Tofiq Musayevə qızıl kəmər qazandıran döyüş - VİDEO
Tofiq Musayev finala çıxdı - VİDEO
Tofiq Musayev Həbib Nurməhəmmədovla döyüşəcək? - İlin son zərbəsi
Həmyerlimiz Tofiq Musayevin möhtəşəm qələbəsi - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər