Tofiq Musayev Həbib Nurməhəmmədovla döyüşəcək? -İlin son zərbəsi
31 dekabrda həmyerlimiz Tofiq Musayev növbəti döyüşünə çıxacaq.
Sportfm.az xəbər verir ki, dünya və Avropa çempionu olan idmançımız "Saitama Super Arena"da 20-ci Rizin Kuboku çərçivəsində yarımfinal döyüşünə çıxacaq. Saytama şəhərində 71 kq çəkidə mübarizə aparacaq Musayevin rəqibi Coni Keys olacaq. Gün ərzində iki döyüş(səhər və axşam) keçirməli olacaq həmyerlimiz yarımfinalda qalib gələrsə, 4-5 saat sonra final görüşünə çıxmalıdı. Musayevin rəqibi olan amerikalı dünyada kifayət qədər tanınmış döyüşçüdür. O, öz çəki dərəcəsində top-50 idmançı arasındadır.
Qeyd edək ki, dekabrın son günü baş tutacaq həlledici döyüşdə qələbə Tofiqə öz çəki kateqoriyasından olan aparıcı döyüşçülərlə bir sırada dayanma imkanı verəcək. Yəni Həbib Nurməhəmmədov, Konor MakQreqor, Dastin Porye, Toni Ferguson və digərləri kimi. Final görüşündə qalib gələcəyi təqdirdə Musayev karyerasını UFC-də davam etdirə biləcək. Bu isə ona tanınmış idmançılarla döyüşmək şansı yaradacaq.

Oxşar xəbərlər
Tofiq Musayevə qızıl kəmər qazandıran döyüş - VİDEO
Azərbaycanlı döyüşçü “Pitbull”u məğlub edərək "Rizin 20" kəmərini qazandı
Tofiq Musayev finala çıxdı - VİDEO
Həmyerlimiz Tofiq Musayevin möhtəşəm qələbəsi - VİDEO
İdmançımız Yaponiyada döyüşə çıxacaq – FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası