reklam
Şəhriyar Məmmədyarov beşincidir
Sportfm.az xəbər saytı

Şəhriyar Məmmədyarov beşincidir


Moskvada şahmatın rapid növü üzrə start götürən “King Salman World Cup” adlı dünya çempionatında daha 5 turun oyunları keçirilib.

Sportfm.az xəbər verir ki, ötən 10 turun nəticəsinə görə Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov 7 xalla beşinci pillədədir. Komandamızın digər üzvü Qədir Hüseynov eyni xalla 9-cu yerdədir. Turnir cədvəlinə 8 xalla hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen başçılıq edir.

Dünya çempionatı çərçivəsində dekabrın 28-dək davam edəcək rapid yarışlarından sonra blits turniri keçiriləcək.

Yarış dekabrın 30-da başa çatacaq.

Qeyd edək ki, Ş.Məmmədyarov 2013-cü ildə rapid üzrə dünya çempionatının qalibi olub.

Oxşar xəbərlər

Rapid növündə qaliblər bəlli olacaq - Dünya çempionatı
"Şah" Karlseni mat etdi "Grand Chess Tour"
Moskvada rapid və blits üzrə dünya çempionatı keçiriləcək
Məmmədyarov dünya çempionatına 3 qələbə ilə başladı
Məmmədyarov dünya çempionatında iştirak edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər