13 yaşlı aqresiv futbolçular cəzalandı, İslam Kərimov da "payını" aldı
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportfm.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub:
21 dekabr 2019-cu il, Coca Cola U-13 Liqasının, “Neftçi” İK İB – “Qarabağ” matçının 24-cü dəqiqəsində “Neftçi İK İB” klubunun 1 №-li futbolçusu Amin Fərucovun aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır.
Oyunun 24-cü dəqiqəsində “Qarabağ” klubunun 2 №-li futbolçusu Əfsun Salmanlının aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır.
21 dekabr 2019-cu il, Coca Cola U-13 Liqasının, “Keşlə” – “Sahil Futbol Akademiyası” matçında “Sahil Futbol Akademiyası” komandasanın təyin olunan vaxtda meydanda olmamasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.
22 dekabr 2019-cu il, U-12 Liqasının, “EFA” – “Quba” İK matçının 50-ci dəqiqəsində “Quba” klubunun 3 №-li futbolçusu İlham Beybutovun ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
21 dekabr 2019-cu il, U-11 Liqasının, “Neftçi” PFK – “Səbail” FK matçında “Neftçi” PFK klubunun baş məşqçisi İslam Kərimovun texniki zona qaydalarının pozduğuna görə 1 oyun cəzalanır.
Oxşar xəbərlər
Futzal komandasına texniki məğlubiyyət verildi
Futzalçı 3 oyun cəzalandı
12 yaşlı futbolçu cəzalandırıldı - Azərbaycanda
"Turan"ın futbolçusu aqressiv davrandı, 3 oyunluq cəzalandı
Gəncə klubu meydana 10 nəfərlə çıxdı, texniki məğlubiyyət aldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası