Gəncə klubu meydana 10 nəfərlə çıxdı, texniki məğlubiyyət aldı
Sportfm.az saytı AFFA-nın İntizam Komitəsinin qərarlarını diqqətinizə çatdırır:
29 sentyabr 2017-ci il, 2017/2018 mövsümündə, XXVI Topaz Premyer Liqasının VII turunun “Qəbələ” – “Kəpəz” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.
3 oktyabr 2017-ci il, 2017/2018 mövsümündə, Azərbaycan I divizionun I turunun “Xəzər” – “Mil-Muğan” matçının 60-cı dəqiqəsində “Mil-Muğan” klubunun 15 №-li futbolçusu Vüqar Əlibabayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur. Oyunun 76-cı dəqiqəsində “Xəzər” klubunun 7 №-li futbolçusu Anar Babayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
4 oktyabr 2017-ci il, 2017/2018 mövsümündə, Azərbaycan I divizionun I turunun “Turan Tovuz” – “Şüvəlan” matçında “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
28 sentyabr 2017-ci il, U-16 Liqasında, “Sumqayıt” – “Kəpəz” matçının 67-ci dəqiqəsində “Kəpəz” klubunun 1 №-li futbolçusu Pərvin Zeynalov aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır. Oyunun 81-ci dəqiqəsində “Sumqayıt” klubunun 9 №-li futbolçusu Cavidan Abbaszadə aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır.
1 oktyabr 2017-ci il, Boulevard Hotel U-15 Liqasında, “İnter” – İOEUGİM matçının 62-ci dəqiqəsində “İnter” klubunun 4 №-li futbolçusu Rəşad Həsənov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır.
1 oktyabr 2017-ci il, Boulevard Hotel U-15 Liqasında, “Sumqayıt” – “Qarabağ” matçının 39-cu dəqiqəsində “Qarabağ” klubunun 5 №-li futbolçusu Elmir Əliyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
1 oktyabr 2017-ci il, U-14 Liqasında TİM UĞUR (Gəncə) – “Gənclərbirliyi” (Gəncə) matçının 40-cı dəqiqəsində “Gənclərbirliyi” klubunun 7 №-li futbolçusu Danışyar Xosrov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
30 sentyabr 2017-ci il, Coca-Cola U-13 Liqasında UGİM (Biləsuvar) – “Muğan” (Salyan) matçının 38-ci dəqiqəsində UGİM klubunun 7 №-li futbolçusu Murad Zəkiyev təhqiredici ifadələr işlətdiyinə görə, meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır.
30 sentyabr 2017-ci il, Coca-Cola U-13 Liqasında “Arzu” UGİM-1 (Gəncə) – “Azəri” TİM (Gəncə) matçında “Arzu” UGİM-1 komandasanın heyətində yetərsay olmadığına görə(10 nəfər), kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.
30 sentyabr 2017-ci il, U-12 Liqasında “Kürdəmir Çöhranlı” – “Şirvan” matçında “Kürdəmir Çöhranlı” komandasanın heyətində lisenziyası olmayan futbolçu iştirak etdiyinə görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.
30 sentyabr 2017-ci il, U-11 Liqasında “Gənclik FT Gimnaziya” – UGİM “Gənclərbirliyi” matçında “Gənclik FT Gimnaziya” komandasa iştirak etmədiyinə görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.
Oxşar xəbərlər
Gəncəli futbolçu aqressiv davrandı - iki oyun cəzalandı
"Keşlə"nin futbolçusu rəqibi təhqir etdi, 3 oyun cəzalandı
"Kəpəz" 2400 manat cərimə olundu
“İsgəndər Cavadov”un futbolçusu aqressiv davrandı, 2 oyun cəzalandı
"Turan"ın futbolçusu aqressiv davrandı, 3 oyunluq cəzalandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası