reklam
ABŞ-da fəhlə işləmiş millimizin sabiq üzvü:
Sportfm.az xəbər saytı

ABŞ-da fəhlə işləmiş millimizin sabiq üzvü:""Neftçi"də oynayanda 40 min dollarımı vermədilər"


Milli komandamızın və "Neftçi"nin sabiq oyunçusu Elşən Qəmbərov müsahibə verib.

Sportfm.az xəbər verir ki, hazırda ABŞ-da yaşayan və "Bridgeview Soccer Academy" məktəbini formalaşdıran 47 yaşlı veteran futbolçu ABŞ-da yaşayan tanınmış jurnalist Aynur Talıbovanın "Youtube" kanalına danışıb. 

O, ABŞ-a yeni gələrkən fəhlə işlədiyini, mebel, pianino kimi avadanlıqları liftsiz binalarda yüksək mərtəbələrə qaldırdığını deyib. Qəmbərov Azərbaycandan ayrılma səbəbini də açıqlayıb:

"Neftçi"də oynayanda 40 min dollarımı vermədilər. Səbəb də o idi ki, formanı yerə atmışdım. Amma ədalətsizlik var idi deyə, elə etmişdim. Məndən sonra da formanı atanlar oldu, heç onlara cəza vermədilər. O vaxt klubun icraçı direktoru Ramin Musayev, baş məşqçi isə Ağasəlim Mircavadov idi. Mənə qarşı haqsızlıq etdilər. Ancaq gəldim burda özümü sübut etdim, futbol məktəbi açdım. Onlar mənim vəziyyətimdə olsaydılar, belə edə bilərdilər? İki həyat ömür sürsələr də, edə bilməzlər".

Oxşar xəbərlər

AFFA-nın Almaniyada yaşayan sabiq əməkdaşı Ordumuza dəstək oldu
Xaricdə yaşayan azərbaycanlı məşqçi geri dönür - Ölkə çempionatında yeni iddialı kluba rəhbərlik edəcək - ÖZƏL
"Haqqımıza girdiklərini Mübariz Mənsimova çatdıracam" - Azərbaycan millisinin sabiq futbolçusu
Həbib Nurməhəmmədovu ilk döyüşə yola salan azərbaycanlı: Ona vətəndaşlıq vermədilər
Atanın futbol sevgisi: Klubun adını oğluna qoydu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər