Xaricdə yaşayan azərbaycanlı məşqçi geri dönür -Ölkə çempionatında yeni iddialı kluba rəhbərlik edəcək - ÖZƏL
Uzun müddətdir Kanadada yaşayan sabiq futzalçı Elnur Qəmbərovdan xoş xəbər var. Belə ki, oyunçu kimi “Araz”la çempionluqlar yaşadıqdan sonra məşqçi qismində “Xəzər Adaları”nı da çempion edən sabiq milli üzvü yenidən ölkə çempionatında iştirak etmək niyyətindədi.
Sportfm.az saytına bu barədə “Xəzər Adaları”nda onunla birgə işləmiş Orxan Hüseynov məlumat verib: “Elnurla ara-sıra əlaqə saxlayırıq. Son dəfə onunla hal-əhval tutarkən bildirdi ki, yenidən baş məşqçi qismində ölkə çempionatına qayıtmaq fikrindədi. Əvvəlcə onun sözlərinin bir istək kimi başa düşsəm də, sonradan Qəmbərovun bununla bağlı artıq “hərəkətə keçdiyi” aydın oldu. Kanadada yaşayan həmyerlilərimizdən biri ona futzal komandası yaradıb Şimali Amerika ölkəsinin çempionatında çıxış etməyi təklif edib. Elnur doğma vətənə qayıtmaq istədiyindən və ölkə futzalına daha töhvə vermək üçün həmin şəxsi razı salıb ki, komandanı Bakıda təsis edib 2020/2021 mövsümündən Azərbaycan çempionatında mübarizəyə qoşulsunlar. Çalışdırıcının dediyinə görə komandanın büdcəsi artıq razılaşdırılıb. Hətta Azərbaycan vətəndaşlığı daşıyan 4 milliləşdirilmiş futzalçıyla da ilkin razılıq əldə edilib. Əcnəbilərdən əlavə komandada gənc yerli futzalçılar da olacaq”.
Qeyd edək ki, hazırda Elnur Qəmbərov Kanadanın “Toronto” futzal klubunda çalışır.
Oxşar xəbərlər
Kanada millisində azərbaycanlı məşqçi - UĞUR
Qəmbərovu qaytarın - YAZI
Brazilyalı futzalçılardan ölkəmizə dəstək - FOTO
“Marafon” futzal elitasına qayıdır – Hədəf çempionluq olacaq
"Bir adam sizi qoyub qaçır, siz onu yenidən qaytarırsız?" - baş məşqçinin təyinatına münasibət
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












Misli Premyer Liqası