2019-cu ilin ən yaxşı pilotu müəyyənləşdi
2019-cu il mövsümünün ən yaxşı 10 pilotu müəyyənləşib.
Sportfm.az xəbər verir ki, "Formula 1"in rəsmi saytı vasitəsilə açıqlanan siyahı 5 ekspertin qiymətləri əsasında hazırlanıb.
Hər bir yürüşdə pilotlara 10 ballıq şkala ilə qiymət yazılıb. Nəticədə sürücülər üçün orta qiymət müəyyənləşdirilib. Birinci yer 43,7 xalla "Mercedes" pilotu Lüis Hemilton tutub. 43,4 xal yığan "Red Bull" sürücüsü Maks Ferstappen ikinci, 41,8 xala malik "Maklaren"in üzvü Karlos Sayns isə üçüncü olub.
Əvəzində "Ferrari"nin pilotu Sebastyan Fettel "10-luğ"a daxil olmayan yeganə top-komanda üzvü olub.
Qeyd edək ki, Lüis Hemilton bu mövsüm karyerasında 6-cı dəfə dünya çempionu olub. Onun komanda yoldaşı Valtteri Bottas ikinci, "Red Bull"dan Maks Ferstappen üçüncü yeri tutub. Sonrakı iki pillə "Ferrari" sürücüləri - Şarl Lekler və Sebastyan Fettelə nəsib olub.
Oxşar xəbərlər
Maks Ferstappen Azərbaycan Qran-prisinin qalibidir
Abu Dabi Qran-prisinin qalibi məlum oldu - Formula 1
Bəhreyn Qran-prisinin qalibi müəyyənləşdi
Yaponiya Qran Prisinin qalibi müəyyənləşdi
Fettel yenə öndədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası