reklam
Sportfm.az xəbər saytı

"Zirə"nin səsi Avropadan gələcək


Azərbaycanı avrokuboklarda təmsil edəcək komandaların tam siyahısı dəqiqləşib.
Sportfm.az xəbər veir ki, qitəmiqyaslı turnirlərə sonuncu vəsiqəni "Zirə” klubu qazanıb. Paytaxt təmsilçisi buna Topaz Premyer Liqasının sonuncu - XXVIII turunda nail olub. Səfərdə AZAL-ı 3:0 hesabı ilə məğlub edən Ayxan Abbasovun yetirmələri çempionatı 4-cü pillədə başa vurub və UEFA Avropa Liqasında oynamaq hüququ qazanıb. Qəsəbə təmsilçisi bu yarışa vəsiqəni öncədən təmin edən "Qəbələ” və "İnter”lə birlikdə mübarizəyə I təsnifat mərhələsindən başlayacaq. Ardıcıl 4-cü dəfə Azərbaycan çempionu olan "Qarabağ” isə Avropanın ən nüfuzlu klub turniri olan UEFA Çempionlar Liqasında mübarizə aparacaq. Təmsilçimiz yarışa II təsnifat mərhələsindən qoşulacaq.

Oxşar xəbərlər

"Zirə"nin rəqibi müəyyənləşdi - Avropa Liqası
Kubokun qalibi mübarizəyə Avroliqanın 1-ci mərhələsindən başlayacaq
"Qəbələ" cavab matçını səfərdə keçirəcək
48-ci dəfə ölkə çempionu oldular!
"Qəbələ"nin 72 yaşlı rəqibi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər