Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Mahmud Qurbanov: "O, milliyə çoxdan çağırılmalı idi"
Azərbaycan milli komandasının məşqçisi Mahmud Qurbanov Türkiyədə olub. Sportfm.az-ın "Report"a istinadən yaydığı xəbərə görə, 43 yaşlı mütəxəssis Super Liqada IX turun "Bursapor" - "Konyaspor" matçını izləyib.
Bursa Böyükşəhər Bələdiyyəsinin stadionunda keçirilmiş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. "Timsahlar"ın heyətində FİFA tərəfindən Azərbaycan millisində oynamasına icazə verilən Dəniz Yılmaz da yer alıb. 28 yaşlı hücumçu 90 dəqiqə meydanda olub. Qolları 69-cu dəqiqədə Kubilay Kanatsızkuş, 71-ci dəqiqədə isə Pablo Martin Batalya vurub.
M.Qurbanov "Report"a açıqlamasında Yılmazın çıxışını normal qiymətləndirib: "Əslində bu futbolçu milliyə çoxdan cəlb olunmalı idi. Çünki o, Azərbaycan pasportunu hələ dünya çempionatının seçmə tsikli ərəfəsində alıb. Sadəcə, zədəli olduğu üçün çağırılmırdı. Artıq zədəsini sağaldıb və oyunlarda 90 dəqiqə meydanda olur. "Konyaspor"la qarşılaşmada Dəniz Yılmaz normal çıxış etdi. Şimali İrlandiya ilə oyun üçün yığmaya çağırılıb-çağırılmamasına dair qərarı baş məşqçi Robert Prosineçki verəcək".
Qeyd edək ki, FİFA Dəniz Yılmazın Azərbaycan millisində oynamasına sentyabrın 2-də qərar verib.
Oxşar xəbərlər
Millimizin sabiq forvardı üçün 63 dəqiqə və 3 xal
Dəniz Yılmazın komandası darmadağın oldu
Dəniz Yılmaz start heyətdə
"Ümid edirəm ki, dünya çempionatının final mərhələsinə qatılacağıq"
Dəniz Yılmaz: “Oynamağı səbrsizliklə gözləyirəm”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası