reklam
Sportfm.az xəbər saytı

"Ümid edirəm ki, dünya çempionatının final mərhələsinə qatılacağıq"


"Mənə Türkiyə yığmasında çıxış etmək qismət olmadı. Artıq yeni bir həyəcana başlayıram". Sportfm.az xəbər verir ki, bunu Türkiyənin "Bursaspor" klubundan Azərbaycan millisinə çağırılan futbolçu Dəniz Yılmaz bildirib.
O deyib ki, bu dəvətlə əlaqədar tam həyəcanlı deyil: "Əlbəttə, Türkiyə yığmasına çağırıldığım kimi 100 faiz həyəcan hiss etmirəm. Amma çox sevinirəm. Yeni bir ab-havaya girirəm. Çox xoşbəxtəm, Azərbaycan millisində olmağı həyəcanla gözləyirəm. Artıq bütün diqqətimi bu ölkənin əsas komandasına yönəldirəm. Əlimdən gələni edəcəyəm. Ümid edirəm ki, dünya çempionatının final mərhələsinə qatılacağıq".
Qeyd edək ki, Dəniz Yılmaz Azərbaycan millisinin noyabrın 11-də Belfastda Şimali İrlandiya yığması ilə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçına dəvət alıb.

Oxşar xəbərlər

Dəniz Yılmazın taleyinə aydınlıq gəldi
Dəniz Yılmaz “Bursaspor”dan qovuldu!
Dəniz Yılmaz start heyətdə
Şimali irlandların bombardiri Azərbaycan millisinə qalib gələcəklərinə inanır
Türk futbolçu niyə milli komandamızın düşərgəsinə qoşulmayıb?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər