Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Nikola Yurçeviç:"Digər komandalar bizdən güclüdürlər"
Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan – Uels oyunu matçı arxada qalıb. “Bakcell Arena”da baş tutan görüşdə yığmamız 0-2 hesabı ilə məğlub olub. Qarşılaşmadan sonra keçirilən mətbuat konfransında milli komandamızın baş məşqçisi Nikola Yurçeviç jurnalistlərin suallarını cavablandırıb. Mütəxəss əvvəlcə oyunla bağlı fikirlərini bildirib: Rəqibi təbrik edirəm. Çox gözəl oyun sərgilədilər. Yenə standart vəziyyətdən qol buraxdıq. Bunu bilsək də, səhv etdik. Son ötürmələr və dəqiq zərbələr yox idi. Əllə oyuna oxşayan bir epizod vardı, amma olmadı. Əsas heyətin 3 oyunçusu yox idi.
- Qrupda cəmi bir xalımız var. Bu bir xal Azərbaycan futbolunun potensialına uyğundurmu?
- Məğlub olduğumuz oyunlarda xal ehtiyatımızı artıra bilərdik. Ancaq son anda bizə nəsə mane olurdu. Təbii ki, qrupdakı digər komandalar bizə nisbətən daha güclüdürlər və bu da sonda öz təsirini göstərir. Ancaq biz oyunlar zamanı gənc futbolçulara şans verməklə gələcəkdə Azərbaycan futboluna onları qazandırmaq üçün çalışırıq.
- Slovakiya son oyunda məğlub olsaq, Yurçeviçin qərarı necə olacaq?
- Mənim müqaviləm fevral ayında bitəcək. Təbii ki, mən qalıb işləmək istəyirəm. Ancaq bu tək mənim qərarımdan asılı deyil. Bura artıq mənə doğmalaşıb.
Oxşar xəbərlər
Rayan Giqqz: "Daha çətin oyunlarımız olub"
"Uels və Slovakiyanı təəccübləndirməyə çalışacağıq" - Nikola Yurçeviç
Nikola Yurçeviç: "Mən xorvatam və buna görə qürurluyam"
Nikola Yurçeviç: "Qalib gəlmək üçün hücum etməliyik"
Mladen Milinkoviç:"Ona etirazımı bildirdim"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası