Nikola Yurçeviç:"Mən xorvatam və buna görə qürurluyam"
Azərbaycan milli komandası AÇ-2020-nin seçmə mərhələsində beşinci oyununu keçirib.
Sportfm.az xəbər verir ki, yığma komanda 2018-ci il dünya çempionatının gümüş mükafatçısı Xorvatiyanı qəbul edib. "Bakcell Arena"da keçirilən qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında yığmamızın baş məşqçisi Nikola Yurçeviç jurnalistlərin suallarını cavablandırıb. Öncə oyunla bağlı fikirlər səsləndirilib: Futbolçuların oyunundan çox razıyam. Ədalətli nəticə oldu. Mən xorvatam və buna görə qürurluyam. Amma bu gün Azərbaycan üçün ən yaxşısını etməyə çalışdım.
- Əvvəlki oyunlarda heyəti yalnış qurduğunuzu düşünmürsünüzmü?
- Təbii ki, həmin görüşlər indi arxada qalıb və çox şey demək olar. Düşünürəm ki, indi artıq düşünmək üçün vaxt var. Biz gələcəyi düşünməliyik. Potensialı yüksək olan gənclərimiz var.
- Matçın qəhramanı kim idi?
- Birmənalı şəkildə Emil Balayev. O brilliant idi.
- Riçard Almeyda zədəli olmasaydı, Emini meydana buraxacaqdınızmı?
- Bu sualın nə üçün verildiyini bilirəm. Mahmudov əla oyunçudu. Biz rəqibə görə oynayırıq. Bu gün o pleymeyker rolunda idi.
Oxşar xəbərlər
Rayan Giqqz: "Daha çətin oyunlarımız olub"
Nikola Yurçeviç: "Digər komandalar bizdən güclüdürlər"
Zlatko Daliç: "Azərbaycanın qapıçısı möhtəşəm oynadı"
Nikola Yurçeviç: "Bunu növbəti oyundan sonra deyə bilərəm"
Nikola Yurçeviç: "Qalib gəlmək üçün hücum etməliyik"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası