reklam
Azarkeşlərdən sevimli klublarına böyük jest -
Sportfm.az xəbər saytı

Azarkeşlərdən sevimli klublarına böyük jest -450 min dollar bağışladılar


Tunisin “Klub Afrika” klubu maliyyə problemləri yaşayır.

Sportfm.az xəbər verir ki, ölkənin köklü komandasının bu vəziyyətinə azarkeşləri biganə qalmayıb. Belə ki, “Klub Afrika” tərəfdarları bir günə komandalarına 450 min dollar bağışlayıb. Ümumilikdə, azarkeşlər tərəfindən klubun bank hesabına 1 milyon dollara yaxın pul vəsaiti köçürülüb.

“Klub Afrika” Tunisin köklü klublarındandır və 13 dəfə ölkə çempionu, bir dəfə də Afrika Çempionlar Liqasının qalibi olub.

“Klub Afrika” keçmiş futbolçularına olan borclarını ödəyə bilməməsinə görə maliyyə sanksiyalarına məruz qalıb, çempionatda 6 xalı silinib. Klubun ümumi borcunun 6 milyon dollar olduğu bildirilir.

Oxşar xəbərlər

Kot-d’İvuar tarixində üçüncü dəfə Afrika Kubokunu qazandı
Afrika Millətlər Kubokunda iki yarımfinalçı bilindi
Afrika Millətlər kuboku başlayır
Millətlər Kuboku Mərakeşdə keçiriləcək - QƏRAR
Daha bir atletimiz Afrika çempionatında qalib oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər