Daha bir atletimiz Afrika çempionatında qalib oldu
Azərbaycanın daha bir ağırlıqqaldıranı Tunisin paytaxtı Tunis şəhərində keçirilən Afrika çempionatında qızıl medal qazanıb.
Sportfm.az xəbər verir ki, 67 kq çəki dərəcəsində yarışan İsa Rüstəmov birdən qaldırma hərəkətində 138 kq, təkanla qaldırmada 164 kq çəkini başı üzərinə qaldırıb.
Toplam 302 kq (138+164) nəticə göstərən idmançı hər üç hərəkətdə bütün rəqiblərini qabaqlayıb.
Qeyd edək ki, daha əvvəl qadınlardan Nazilə İsmayılova (45 kq) Afrika çempionu olub.
Xatırladaq ki, Azərbaycan millisi aprel ayında İrəvanda keçirilən Avropa çempionatında dövlət bayrağının yandırılması səbəbindən yarışı tərk edib. Ona görə də istisna hal kimi komandanın Afrika çempionatında iştirakına icazə verilib.
Oxşar xəbərlər
Atletimiz Afrika çempionatının qalibi oldu - UĞUR
Daha bir qızıl - Avropa çempionatı
Atletimiz Avropa üçüncüsü oldu
Azərbaycanlı ağır atlet Avropa çempionu oldu - FOTO
Azərbaycanlı Milanda Avropa çempionu oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası