Baş məşqçinin dilindən acı etiraf: "Utandıq"
"Sözün düzü, oyunla və məğlubiyyətlə bağlı deyəcək bir sözüm var, o da təəssüf. Bu nəticəyə görə təkcə üzülmədik, həm də utandıq. İlk 10 dəqiqədə hesabda 0:3 geriyə düşmək çox çətindir. Məğlubiyyət ola bilər, amma bu gün mübarizə görmədim".
Sportfm.az xəbər verir ki, bu sözləri "Qalatasaray"ın baş məşqçisi Fatih Terim Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda səfərdə "Real" 0:6 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
"İlin sonuna kimi 9 matçımız olacaq. Hər oyunçuya yanvar ayına qədər ehtiyacımız var. Təbii ki çox məyusuq, azarkeşlərimizə belə bir gün yaşatdığımız üçün də üzülürük. Onlara deyəcəyimiz bir söz yoxdur. İlk 10 dəqiqədə "Real" 3:0 hesabı ilə öndə olursa, yekun hesab belə azdır".
Oxşar xəbərlər
“Hakim oyuna nəzarət etməlidir” - Ayxan Abbasov
"Qəbələ" ilə oyunu düşünməliyik" - Rəşad Sadıqov
Qələbənin təməlini Benzema qoydu - "Real" 3 xala sevindi
"Allah betərindən saxlasın" - Fatih Terim
"Bu oyundan dərs çıxarmalıyıq" - Roberto Bordin
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qarabağ" "Dinamo" Zaqrebə qarşı - Gənclər Liqası
-
FIFA və AFFA rəhbərliyi yığmamızın oyununu izlədi
-
1/8 finalçılar müəyyənləşir - Azərbaycan Kuboku
-
“Kəpəz” növbəti mərhələdə - Azərbaycan kuboku
-
"Şəfa"dan 9 qol, "Şahdağ Qusar"dan inmalı qələbə - Azərbaycan Kuboku
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA















Misli Premyer Liqası