reklam
“Hakim oyuna nəzarət etməlidir” -
Sportfm.az xəbər saytı

“Hakim oyuna nəzarət etməlidir” -Ayxan Abbasov


"Oyun haqda danışılası nəsə yoxdur. Komanda bir həftə ərzində oyuna hazırlaşır, gecə-gündüz əziyyət çəkir. İlk dəqiqələrdə qırmızı vərəqə verilməsi, komandanın oyununu pozur. “Qırmızı” müəmmalı idi. Biz bu gün “qırmızı”ya baxırıq, təkrarlarda da verilib. Murad hakimə etiraz edə bilər, amma başqa heç nə etmədi". 

Sportfm.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 8-ci turunda "Sabah"a 0:3 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, baş hakim İnqilab Məmmədov “Sumqayıt”ın uduzmağı üçün hər şeyi etdi: "Yəqin indi sevinir. İnsanların haqqına belə girmək olmaz. Futbolçularım vuruşdular. Bəlkə də, Tellur ikinci hissənin əvvəlində qol vursaydı, fərqli şeylər olardı. Məşqçilik çətin sənətdir. Hərdən adam bu peşəni seçdiyi üçün peşman olmur. Bacarmadım. Bu gün işimə nifrət etdim. Niyə hakimin səhvini deyə bilmirik? Nə üçün? Bəs, biz necə inkişaf edəcəyik? İnqilab çıxsın desin ki, qərar tam düzgündür. Xal heç nədir. Danışmırıq, gəlir belə olur. 10-15-ci dəqiqədə belə “qırmızı” vermirlər. Hakim oyuna nəzarət etməlidir. Onlar xarici matçlara baxmırlar? Belə hakimlər getsin özlərinə sənət tapsın. Reqlament hakimlər haqqında danışmağa icazə vermir. Amma Məmmədov 11-ci dəqiqədə oyunu bitirdi".

Oxşar xəbərlər

“Sabah”ın baş məşqçisi hakimlərin cəzalanmasını istədi
"Biz bilmirik?" - Rəşad Sadıqov
"Bu oyun Azərbaycan futbolunun tarixinə düşdü" - Qurban Qurbanov
"Ağzına fit almaqla hər şey qurtarmır" - Orxan Sadıqlı
İnqilab “QARAbağ”ı qızartdı - QEYD

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər