APOEL-in baş məşqçisi: "Bu dəfə başqa cür olacaq"
"Özümü yaxşı hiss edirəm. "Qarabağ"la iki həftə əvvəlki matçda komandam o qədər də yaxşı durumda deyildi. Bəzi problemlərimiz oldu və liqada da istədiyimi kimi oynaya bilmədik. Amma ilk görüşdə xarakter göstərdik və iki qol vurduq".
Sportfm.az xəbər verir ki, bu sözləri APOEL-in baş məşqçisi Tomas Doll Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Qarabağ"la sabahkı ev oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.
53 yaşlı mütəxəssis hazırda daha yaxşı vəziyyətdə olduqlarını bildirib: "Pis nəticəyə baxmayaraq, məşqlərdə yaxşı komanda gördüm. "Qarabağ"la matçlarda 4 qol vurmuşuq və yenə də fərqlənməyi hədəfləmişik. Üç xal qazanmaq istəyirik və bunu bacara bilərik. "Qarabağ"la ilk görüş kimi ikinci oyunda finala bərabərdir. Qarşılaşmanın çox vacib olduğunu bilirik. Bütün oyunçular Avropada yola davam etmək istəyirlər. Oyuna çox köklənmişik. Ağıllı oynamalıyıq. Belə olacağı təqdirdə topa sahib ola bilməyəcəklər. Rəqibin necə oynayacağını bilirik".
Doll komandasının evdə oynamasının onlar üçün üstünlük olduğunu bildirib: "Bu dəfə başqa cür olacaq. Çünki biz doğma azarkeşlərimiz qarşısında oynayacağıq. Ağıllı oynayıb, "Qarabağ"a əks-hücumlar şansı verməmək lazımdır. Futbolçularımın bu cür oyunlar üçün təcrübəsi var. Oyunçular arasında yaxşı formada olmayan var. Amma mənim başqa variantlarım da olacaq".
Oxşar xəbərlər
""Qarabağ" Kipr çempionatında titullar uğrunda mübarizə apara bilər" - MÜSAHİBƏ
“İki qardaş oyuna çıxacaq, amma qələbə qazanmaq istəyirik” – Rıza Çalımbay
"Qarabağ"ı məğlub edən məşqçi: "Bunlar cəsarətli oyundan xəbər verir"
"Komandanın oyunundan çox da razı qalmadım" - Tomas Doll
Qurban Qurbanov sürpriz gözləyir - Rəqibdən
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı















Misli Premyer Liqası