reklam
Namiq Abdullayev iddialara cavab verdi:
Sportfm.az xəbər saytı

Namiq Abdullayev iddialara cavab verdi:"Mən qardaşımın dalınca gələn deyiləm"


Teleaparıcı Elçin Əlibəyli sərbəst güləş üzrə olimpiya və 3 qat Avropa çempionu Namiq Abdullayev tərəfindən döyüldüyünü iddia edir.

 

Elçin Əliyəyli

Aparıcı sonradan statusunda dəyişiklik edərək onu döyənin Namiq Abdullayevin qardaşı Natiq Abdullayev olduğunu qeyd edib.

Sportfm.az xəbər verir ki, məsələ İlə bağlı olimpiya çempionu Namiq Abdullayev bildirib ki, o, Elçin Əlibəylini tanımır.

“Mənə aid olmayan məsələdir. Onun əgər vicdanı olsaydı, mənə aid olmayan məsələyə görə mənim adımı çəkməzdi. Nə olub xəbərim də yoxdur”- deyə N.Abdullayev bildirib.

Olimpiya çempionu deyib ki, onun həmin qardaşı ilə münasibətləri isti deyil: “Mənim həmin qardaşımla aramda soyuqluq var. Mən onunla danışmıram. Onun nə xeyrinə, nə də şərinə gedirəm. Onun işinə, biznesinə mən qarışmıram. Mən qarışqaya zərər gətirmirəm. Heç kimin haqqına girməyən adamam. Qanun da var, hər şey də var. Kimdən şikayətin var, elə, haqqını da tələb elə. Mən qardaşımın dalınca gələn deyiləm. Haqqın tərəfdarıyam. Özüm də hüquq mühafizə orqanında işləyirəm”.

Bizimyol.info

Oxşar xəbərlər

“Survivor”da zədə alan Pərvizin qardaşı danışdı - "Ayağında ömürlük zədə qala bilər”
Fərid Mansurov yenidən güləşdə - Seçki
Olimpiya çempionu millimizin baş məşqçisi oldu
Olimpiya çempionu Namiq Abdullayev Əlibəylini döyən qardaşından danışdı
Olimpiya çempionu olan güləşçimiz teleaparıcını döyüb? - İddia

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər