reklam
Slovakiya yığmasının Azərbaycanla oyun üçün heyəti məlum oldu -
Sportfm.az xəbər saytı

Slovakiya yığmasının Azərbaycanla oyun üçün heyəti məlum oldu -SİYAHI


Futbol üzrə Slovakiya milli komandasının Xorvatiya və Azərbaycan yığmaları ilə keçirəcəyi AVRO-2020-nin seçmə mərhələ oyunları üçün heyəti açıqlanıb.

Sportfm.az xəbər verir ki, baş məşqçi Pavel Hapal qarşıdakı matçlara 24 futbolçu çağırıb.

Qapıçılar: Martin Dubravka ("Nyukasl", İngiltərə), Marek Rodak ("Roterham", İngiltərə), Dominik Qrayf ("Slovan", Bratislava)

Müdafiəçilər: Peter Pekarik ("Herta", Almaniya), Lyubomir Şatka ("Lex" Poznan, Polşa), Denis Vavro ("Latsio", İtaliya), Milan Şkriniar ("İnter", İtaliya), Martin Valyent ("Malyorka", İspaniya), Norbert Dyomber ("Peruca", İtaliya), David Hançko ("Sparta" Praqa, Çexiya) 

Yarımmüdafiəçilər: Stanislav Lobotka ("Selta", İspaniya), Patrik Qroşovski ("Genk", Belçika), Yan Qrequş ("Minnesota Yunayted", ABŞ), Yuray Kuçka ("Parma", İtaliya), Andrey Duda ("Herta", Almaniya), Matuş Bero ("Vitess", Hollandiya), Marek Hamşik ("Taylan Lifan", Çin), Laslo Beneş ("Holştayn", Almaniya), Albert Ruşnak ("Real Solt Leyk", ABŞ), Robert Mak ("Zenit", Rusiya), Lukas Haraşlin ("Legiya", Polşa) 

Hücumçular: Mixal Düriş ("Anortosis", Kipr), Samuel Mraz ("Krotone", İtaliya), Robert Bojenik ("Jilina")

Qeyd edək ki, Slovakiya noyabrın 16-da Xorvatiyanın qonağı olacaq. Komanda 3 gün sonra Trnavadakı Anton Malatinski stadionunda Azərbaycan yığmasını qəbul edəcək. Hər iki görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Oxşar xəbərlər

Millimizin rəqibinin heyəti - Millətlər Liqası
Slovakiya yığmasının Azərbaycanla oyun üçün heyəti - Millətlər Liqası
Slovakiya millisinin yekun heyəti - AVRO-2020
Rəqibin heyəti açıqlandı
Slovakiya yığmasının Azərbaycanla oyun üçün heyəti açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər