

Slovakiya yığmasının Azərbaycanla oyun üçün heyəti açıqlandı
Futbol üzrə Slovakiya milli komandasının İordaniya ilə yoldaşlıq və Azərbaycan yığması ilə AVRO-2020-nin seçmə qrup oyunu üçün ilkin heyəti açıqlanıb.
Sportfm.az xəbər verir ki, yığmanın baş məşqçisi Pavel Hapal 29 futbolçuya dəvət göndərib. Onlardan 4-ü - Dominik Qreyf, Branislav Ninay, Lukaş Haraslin və Robert Bojenik yığmaya ilk dəfə çağırılıb.
İordaniya ilə qarşılaşmadan sonra 6 futbolçu millidən kənarlaşıdırılacaq və Bakıya 23 futbolçu gətiriləcək.
Yığmaya dəvət alanlar isə bunlardır:
Qapıçılar: Martin Dubravka ("Nyukasl", İngiltərə), Matuş Kozaçik ("Viktoriya", Çexiya), Marek Rodak ("Roterham", İngiltərə), Dominik Qrayf ("Slovan", Bratislava)
Müdafiəçilər: Peter Pekarik ("Herta", Almaniya), Lukaş Ştetina ("Sparta", Çexiya), Lyubomir Şatka ("Dunayska Streda", Çexiya), Milan Şkriniar ("İnter", İtaliya), Denis Vavro ("Kodan"), David Hançko ("Fiorentina", İtaliya), Branislav Ninyay ("Fortuna", Hollandiya), Robert Mazan ("Selta", İspaniya)
Yarımmüdafiəçilər: Patrik Qroşovski ("Viktoriya", Çexiya), Stanislav Lobotka ("Selta", İspaniya), Yan Qrequş ("Minnesota Yunayted", ABŞ), Yuray Kuçka ("Parma", İtaliya), Matuş Bero ("Vitess", Hollandiya), Marek Hamşik ("Taylan Lifan", Çin), Laslo Beneş ("Holştayn", Almaniya), Andrey Duda ("Herta", Almaniya), Martin Xrien ("Santa Klara", Meksika), Albert Ruşnak ("Real Solt Leyk", ABŞ), Robert Mak ("Zenit", Rusiya), Yaroslav Mixalik ("Jilina"), Miroslav Stoç ("Slaviya", Çexiya), Lukas Haraşlin ("Legiya", Polşa)
Hücumçular: Samuel Mraz ("Krotone", İtaliya), Pavol Şofranko ("Dandi Yunayted", Şotlandiya), Robert Bojenik ("Jilina")
Qeyd edək ki, Slovakiya İordaniya ilə iyunun 7-də Trnavada, Azərbaycanla isə iyunun 11-də Bakıda qarşılaşacaq.
Oxşar xəbərlər
Millimizin rəqibinin heyəti - Millətlər Liqası
Slovakiya yığmasının Azərbaycanla oyun üçün heyəti - Millətlər Liqası
Slovakiya millisinin yekun heyəti - AVRO-2020
Slovakiya yığmasının Azərbaycanla oyun üçün heyəti məlum oldu - SİYAHI
Rəqibin heyəti açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sumqayıt" Yankoviçi aldı, "Şamaxı" Rikardonu heyətinə qatdı - Transferlər
-
"Kəpəz" milli üzvünü transfer etdi - FOTO
-
"Qarabağ" Krisi transfer etdi - 6 nömrəli formanı daşıyacaq
-
Azərbaycan 1-ci Liqasının başlama tarixi bilindi
-
Atası idmançı qızını güllələdi - Olay
-
“Turan Tovuz”da ayrılıq - Onu da göndərdiər