reklam
Çexiyada siqaret çəkən futbolçular kimlər olub? -
Sportfm.az xəbər saytı

Çexiyada siqaret çəkən futbolçular kimlər olub? -Əsl günahkarların adları - ÖZƏL


19 yaşlı futbolçulardan ibarət yığma komandamızın heyətində yer alan futbolçuların Çexiyadakı insidenti haqqında saytımızda gedən yazıdan sonra AFFA rəhbərliyi xəbəri təsdiq edərək, hadisəyə səbəb olanları cəzalandıracağını açıqlamışdı. Hətta mediada müxtəlif futbolçuların adları hallandırılaraq, günahsız gənc oyunçuların gələcək karyerasına mənfi təsir göstərəcək məlumatlar dərc edilir. Təbii ki, bu vəziyyətdə birilərinin günahı olmadığı halda, cəzalanmasını kimsə istəməz. Dərc olunan materiallarda fərqli oyunçuların adlarının çəkildiyini, əsl günahkarların isə kənarda qala biləcəyini nəzərə alaraq, siqaret çəkərək Azərbaycanın imicinə zərbə vuran həmin futbolçuların adlarını dərc etməyi qərara aldıq. Bunlardan "Keşlə"nin futbolçusu Əkbər Vəliyev, "Qarabağ"ın üzvü Tural Bayramov, "Qəbələ"dən Əli Mürsəlov və "Səbail"dən Murad Məmmədovdur. 

Qeyd edək ki, mətbuatda adları hallanan Ədilxan Qarəhmədov və Turan Vəlizadə siqaret çəkənlər arasında olmayıb. Onların adları yalnış yerə çəkilib. 

Araz Əhmədov(Sportfm.az)

Oxşar xəbərlər

Millimizin futbolçuları AFFA tərəfindən cərimələndi - Baş məşqçi qərar verəcək
AFFA saytımızda gedən xəbəri təsdiqlədi
Milli komandamızın üzvləri oteli "yandırdı", AFFA cərimələndi - ŞOK OLAY(ÖZƏL)
"Səbail" bəyanat yaydı: "Fakta söykənməyən informasiyalar dərc olunmaqdadır"
Moskva ÇSKA-sının üzvü Azərbaycan yığmasında

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər