AFFA saytımızda gedən xəbəri təsdiqlədi
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində Çexiyada çıxış edən zaman gündəmə gəlib.
Sportfm.az xəbər verir ki, yığmanın futbolçuları sözügedən ölkədə qaldıqları hoteldə siqaret çəkməklə AFFA-ya problem yaradıblar. Oyunçular otelə ziyan vurduqlarına görə AFFA cərimə ödəyib.
AFFA-nın Mətbuat xidmətinin rəhbəri Firuz Abdulla saytımızda gedən xəbəri təsdiqləyib: “Belə bir hadisə baş verib. Futbolçular qaldıqları hoteldə siqaret çəkiblər. Milli komandanın daxili nizam-intizam qaydalarına görə həmin oyunçular da baş məşqçi tərəfindən cəzalandırılıblar. Lakin bu məsələdə AFFA-nın hər hansı cəza alması doğru deyil. Belə hadisəyə görə federasiyanı kim cərimələyəcək? Sırf futbolçuların günahıdır və onlar da cəzalarını alıblar”.
Oxşar xəbərlər
"Neftçi"nin futbolçusu millidən uzaqlaşdırıldı - Siqaret çəkdiyi üçün
Çexiyada siqaret çəkən futbolçular kimlər olub? - Əsl günahkarların adları - ÖZƏL
Millimizin futbolçuları AFFA tərəfindən cərimələndi - Baş məşqçi qərar verəcək
Milli komandamızın üzvləri oteli "yandırdı", AFFA cərimələndi - ŞOK OLAY(ÖZƏL)
AFFA milli komandanın mətbuat xidmətini ləğv etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası