"Qarabağ"ın futbolçuları Avropa Liqasında həftənin rəmzi komandasında
"Qarabağ"ın iki futbolçusu UEFA Avropa Liqasında həftənin rəmzi komandasına düşüb.
Sportfm.az xəbər verir ki, Kipr APOEL-i ilə matçda Ağdam təmsilçisinin qollarının müəllifi olan ispaniyalı Dani Kintana və braziliyalı Ailton Silva "11-lik"də yer alıblar.
Qapıçı: Matvey Safonov ("Krasnodar", Rusiya)
Müdafiəçilər: Ailton Silva ("Qarabağ", Azərbaycan), Ouen Veyndal ("Alkmaar", Niderland), Artyom Şabanov ("Dinamo Kiyev, Ukrayna), Serxio Eskudero ("Sevilya", İspaniya)
Yarımmüdafiəçilər: Franko Vaskes ("Sevilya", İspaniya), Tyon Kopmeyners ("Alkmaar", Niderland), Dani Kintana ("Qarabağ", Azərbaycan)
Hücumçular: Ussama İdrissi ("Alkmaar", Niderland), Roman Yaremçuk ("Gent", Belçika), Nikolas Pepe ("Arsenal", İngiltərə)
Qeyd edək ki, Dani Kintana 13-cü dəqiqədə hesabı açdığı halda, Ailton 58-ci dəqiqədə bərabərlik qolunu vurub. Görüş 2:2 hesablı bərabərliklə yekunlaşıb.
Oxşar xəbərlər
14-cü turunun rəmzi komandası müəyyənləşdi
"Qarabağ"ın futbolçusu Avropa Liqasının rəmzi komandasında yer aldı - FOTO
"Qarabağ" iştirak ərizəsini UEFA-ya təqdim etdi - SİYAHI
"Qarabağ" APOEL-lə oyunların sifariş ərizəsinə kimləri daxil etdi? - SİYAHI
Azərbaycan Premyer Liqasında turun oyunçusu müəyyənləşdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası