reklam
“Roborace” “Ginnesin Rekordlar Kitabı”na düşdü
Sportfm.az xəbər saytı

“Roborace” “Ginnesin Rekordlar Kitabı”na düşdü


“Ginnesin Rekordlar Kitabı”nın təmsilçiləri “Roborace” avtomobili tərəfindən avtonom pilotsuz avtomobillər üçün müəyyən edilən rekord sürəti rəsmi şəkildə təsdiq ediblər. Rekord saatda 282,42 kilometr təşkil edib.

Sportfm.az xəbər verir ki, yürüşlər hələ bu il martın 21-də, Böyük Britaniyada Yorkşir qraflığındakı Elvinqton hərbi aerodromunda yerləşən yürüş trasında təşkil edilmişdi. Maşın avtonom rejimdə iki istiqamətdə hərəkət edib: şərqdən qərbə 280,365 km/saat, qərbdən şərqə isə 284,492 km/saatadək. Bununla belə küləyin sürəti saatda 12,8 kilometr olub.

Rekordun təsviri 2020-ci il “Ginnessin Rekordlar Kitabı”nın robotlara həsr olunan xüsusi bölməsində yerləşdiriləcək. Gələcəkdə “Roborace” Formula E çempionatının dəstək seriyalarından biri olmalıdır.

Oxşar xəbərlər

Ronaldo Ginnesin Rekordlar Kitabına düşdü - 200-cü milli matç
Misirli futbolçu “Ginnesin Rekordlar Kitabı”na düşdü - Ən yaşlı oyunçu
Futbol klubu "Ginnesin Rekordlar Kitabı"na düşdü
Nigeriyalı futbolçudan qeyri-adi rekord - FOTO
Dünya bu sürücüdən danışır - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər