Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Futbol klubu "Ginnesin Rekordlar Kitabı"na düşdü
Münhenin "Bavariya” klubu cari mövsümdəki göstəricilərinə görə "Ginnesin Rekordlar Kitabı”na düşüb.
Sportfm.az xəbər verir ki, alman klubu UEFA Çempionlar Liqasında ardıcıl 16 qələbə qazanmaqla bu uğura imza atıb. Qeyd edək ki, turnirin tarixində hələ belə nəticə olmayıb. 2014-cü ildən 2017-ci ilin son aylarına qədər keçirdiyi bütün görüşlərdə qələbə qazanan” Bavariya"ya "Ginnersin Rekordlar Kitabı” xüsusi mükafat da verib. Mükafatı klubun kapitanı Filipp Lam və hücumçusu Tomas Müller alıb.
Qeyd edək ki, bundan əvvəl klubun hücumçusu Robert Levandovski və müdafiəçisi J. Boatenq də "Ginnesin Rekordlar Kitabı”na düşüb.
Polşalı hücumçu 9 dəqiqəyə 5 qol vurduğu üçün, Boatenq isə 56 oyunda məğlubiyyət görməyən futbolçu olduğuna görə adını rekordkar kitabına yazdırıb.
Oxşar xəbərlər
Ronaldo Ginnesin Rekordlar Kitabına düşdü - 200-cü milli matç
Türkiyə klubu Ginnesin Rekordlar Kitabına düşdü - Ən çox medal qazanan komanda
Misirli futbolçu “Ginnesin Rekordlar Kitabı”na düşdü - Ən yaşlı oyunçu
“Roborace” “Ginnesin Rekordlar Kitabı”na düşdü
Nigeriyalı futbolçudan qeyri-adi rekord - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası