reklam
Yelizaveta Səmədova: “Bu, məni qətiyyən qorxutmur”
Sportfm.az xəbər saytı

Yelizaveta Səmədova: “Bu, məni qətiyyən qorxutmur”


"Telekom”un voleybolçusu Yelizaveta Səmədovanın apasport.az saytına müsahibəsi:
 
- Super Liqanın başlamasına sayılı günlər qalır. Komandanız yeni mövsümə nə dərəcədə hazırdı?
- Komandamız tam rejimdə hazırlığı davam etdirir. Artıq 2 aydı təlim-məşq toplanışındayıq. Bu müddətdə Türkiyədə turnirdə iştirak etdik. Həmçinin yoxlama matçları keçirdik, Serbiyada yerli "Vizura” ilə birgə məşqlərə qatıldıq. Yeni mövsümə tam hazırıq.  
 
- Super Liqanın gümüş medalını qazandığınız ötən mövsümlə müqayisədə heyətinizdə bir sıra dəyişikliklər olub. Komandanıza yeni qoşulan voleybolçuların da adaptasiya dövrünü arxada qoyduğunu demək olarmı?
- Əksər oyunçularımız ötən mövsümdən heyətimizdədi. Amma düzdü, yenilər də var. Yaxşı, dostcanlı və mehriban komanda formalaşıb. Yeni oyunçular kollektivə dərhal uyğunlaşdılar.
 
- Komandanın kapitanı Ana Priyevanı (Kleger) gedişindən sonra yeni mövsümdə sarğını siz daşıyacaqsız. Bu cür məsuliyyət 21 yaşlı kapitanı qorxutmur?
- Xeyr, qətiyyən qorxutmur. Öz işimi bacardığım qədər görəcəm.
Kapitan olmağımı məşqçimiz istəyib. Əgər o, bu məsuliyyəti mənə həvalə edibsə, deməli, bunun öhdəsindən gələcəyimi düşünür.
 
- Yeni mövsümdə "Telekom”un hədəfi nə olacaq?
- Qarşımıza ən yüksək məqsədlər qoymuşuq. Konkret olaraq, Çempionlar Liqasında qrupdan çıxmaq niyyətindəyik. Azərbaycan çempionatında isə təbii ki, qızıl medalları qazanmağa köklənəcəyik.
 
- Sizcə, Super Liqada çempionluq yolunda əsas rəqibiniz kim olacaq? Yaxud qızıl medallar uğrunda mübarizə hansı komandalar arasında gedəcək?
- Uzun müddətdi ki, bu mübarizə 2 komanda arasında gedir. Bunlardan biri "Telekom”, yəni sabiq "Rabitə”, digəri isə "Azərreyl”di. Fikrimcə, bu il də əsas mübarizə bizlə "dəmiryolçular” arasında gedəcək.
 
- Çempionlar Liqasındakı rəqiblərinizi necə dəyərləndirərdiz?
- Dediyim kimi, məqsəd qrupdan çıxmaqdı. Bütün rəqiblərimiz yaxşı komandalardı və sonadək mübarizə aparacağıq.

Oxşar xəbərlər

Azərbaycan çempionu Polşa klubunu seçdi
Klublarımız Çempionlar Liqasından imtina etdi
Azərbaycan çempionatı 5 klubla start götürür
“Telekom”da yeni imza
Serbiya yığmasının voleybolçusu “Telekom”da - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər