Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycan çempionatı 5 klubla start götürür
Qadın voleybolçular arasında 2016/2017 mövsümündə Azərbaycan Super Liqasında 5 klub qüvvəsini sınayacaq. Apasport.az saytının məlumatına görə, son mövsümlə müqayisədə "Lokomotiv” mübarizəni dayandırıb. Belə ki, yeni ildə "Azərreyl”, "Telekom”, "Azəryol”, həmçinin Gürcüstanın "Tiflis” klubu çempionluq üçün oynayacaq. "Gənclik” isə çempionata "Lokomotiv” adı ilə qatılacaq. Super Liqa son illərdəki kimi 4 dövrədən ibarət olacaq və ilk "dördlük” yarımfinal mərhələsinə yüksələcək. Çempionatının start günü isə hələlik tam dəqiqləşməyib. Lakin I turun oktyabrın 28-də start götürəcəyi gözlənilir.
Qeyd edək ki, ölkəmizi bu il avrokubokda 2 komanda – "Azərreyl”lə "Telekom” təmsil edəcək.
Oxşar xəbərlər
“Azərreyl” qızıl medallara bir addım da yaxınlaşa bilər
"Azəryol" və "Telekom" qələbə qazandı
"Telekom"dan asan, "Azərreyl"dən çətin qələbə
"Telekom"dan qələbə, "Azərreyl" "Lokomotiv"ə şans vermədi
Klublarımızın Çempionlar Liqasında oyunlarının təqvimi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası