reklam
Nazarov qol vurdu, komandası uddu
Sportfm.az xəbər saytı

Nazarov qol vurdu, komandası uddu


Almaniya III Bundesliqasında XXIV turun görüşləri davam edir.

Sportfm.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Dmitri Nazarovun formasını geyindiyi "Erzgebirge" doğma meydanda "Saarbrüken"i qəbul edib. Qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

Dmitri Nazarov da bu matçın iştirakçısı olub. 32 yaşlı yarımmüdafiəçi oyuna start heyətdə başlayıb və 85-ci dəqiqədə əvəzlənib. O, 49-cu dəqiqədə komandasının ilk qolunu vurub. Nazarov həmçinin sarı vərəqə ilə cəzalandırılıb. 

Xallarını 30-a yüksəldən "Erzgebirge" turnir cədvəlinin XXIII pilləsində qərarlaşıb.

Oxşar xəbərlər

Nazarov komandasıın qələbə qolunu vurdu - Bundesliqa
Nazarovun komandası məğlub oldu - 0:2
Nazarov Almaniyada yenə qol vurdu
Nazarov Almaniyada növbəti qolunu vurdu
Nazarov narazılıq etdi, ehtiyatda qaldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər