"Yuventus" Ronaldo ilə rekord qırdı
"Yuventus" forma satışı üzrə öz rekordunu qırıb.
Sportfm.az xəbər verir ki, Turin təmsilçisi portuqaliyalı ulduzu Kriştianu Ronaldonu transfer etdikdən sonra forma satışını artırıb. Klubun 2018/2019 mövsümü üçün forma satışı 1 milyon 315-ə çatıb. Tarixində ilk dəfə 1 milyon səddini keçən A Seriya təmsilçisi Avropada bu göstəricində 10 klub arasına düşüb.
Qeyd edək ki, 2018/2019 mövsümündə ən çox forma "Mançester Yunayted" satıb - 4 milyon 950 min forma. "Liverpul" 2-ci (3 milyon 943 min), "Bavariya" isə 3-cü (3 milyon 475 min) pillədə qərarlaşıb. "Real" 4-cü (2 milyon 920 min), "Barselona" 5-ci (2 milyon 755 min), "Çelsi" 6-cı (1 milyon 911 min), Dortmund "Borussiya"sı 7-ci (1 milyon 698 min), PSJ 8-ci (1 milyon 522 min), "Mançester Siti" 9-cudur (1 milyon 476 min).
Oxşar xəbərlər
"Youtube"da ən çox abunəçisi olan idman klubu - SİYAHI
Çempionlar Liqasından ən çox qazanan klublar bilindi
10 ildə transferə ən çox pul xərcləyən klublar - SİYAHI
Transferlərə ən çox pul xərcləyən 20 klub - SİYAHI
Avropada daha çox hansı klubu izləyirlər? - Siyahı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası