Güləşçimiz Dünya Çimərlik Oyunlarında gümüş medal qazandı
Qətərin paytaxtı Dohada ilk Dünya Çimərlik Oyunları çərçivəsində güləş üzrə yarışlara start verilib.
Sportfm.az xəbər verir ki, təmsilçimiz Kənan Əliyev (90 kq) qrupda gürcü Dato Marsaqişvili (0:3), portuqaliyalı Rafael Da Silva (0:3) və pakistanlı Məhəmməd İnama (1:3) məğlub olaraq mübarizəni dayandırıb. Güləşçimizin təsəllisi türk Murat Özkan (3:0) üzərində qazandığı qələbə olub.
Ancaq Pənah İlyaslı (70 kq) startda gürcü Levan Kelexsaşviliyə (0:1) uduzsa da, braziliyalı Viktor Dos Santos (4:1), ukraynalı Semyon Radulov (1:0) və qətərli Abdulrəhman İbrahimə (3:0) qalib gələrək yarımfinala yüksəlib. Rumıniyalı Stefan Yonut Komanı da 3:0 hesabı ilə üstələyən həmyerlimiz adını finala yazdırıb. Güləşçimiz finalda yenidən L.Kelexsaşviliylə qarşılaşıb. Bu dəfə də rəqibinə eyni hesabla uduzan güləşçimiz gümüş medala sahib çıxıb.
Oktyabrın 15-də İbrahim Yusubov (80 kq) və Oyan Nəzəriani (90 kq-dan yuxarı) qüvvələrini sınayacaqlar.
Hazırda Azərbaycan millisinin hesabında 3 medal var. Belə ki, qadınlar arasında aquatrilon idman növündə fərdi çıxış edən Kseniya Levkovska gümüş medala sahib olub. Eyni idman növündə kişilərin yarışında mübarizə aparan təmsilçimiz Rostislav Pevtsov yarışı üçüncü pillədə başa vurub.
Oxşar xəbərlər
Güləş millimiz 2 medal qazandı - Uğur
Dünya Çimərlik Oyunlarının tarixi açıqlandı - 2023-cü il
Azərbaycan güləşçiləri Dünya Çimərlik Oyunlarında iştirak edir
Azərbaycan nümayəndə heyəti ANOC-un iclasında iştirak edəcək
Bir güləşçimiz erməniyə qalib gəldi, digəri uduzdu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Neftçi” - “Qarabağ” - START HEYƏTLƏR
-
“Neftçi” uduzdu, “Turan Tovuz” qələbə qazandı - Əvəzedicilər Liqası
-
“Kəpəz” - “Sumqayıt” matçına hakim təyinatları açıqlandı
-
“Səbail”dən darmadağın - I Liqa
-
"Neftçi" 6 illik seriyaya son qoydu, "Sabah" vaxtından əvvəl...
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA















Misli Premyer Liqası