reklam
Azərbaycan güləşçiləri Dünya Çimərlik Oyunlarında iştirak edir
Sportfm.az xəbər saytı

Azərbaycan güləşçiləri Dünya Çimərlik Oyunlarında iştirak edir


Qətərin paytaxtı Dohada ilk Dünya Çimərlik Oyunlarına start verilib.

Sportfm.az xəbər verir ki, oyunlar çərçivəsində çimərlik güləşi üzrə yarış oktyabrın 14-15-də keçiriləcək.

Oyunlarda ölkəmizi məşqçi Nazim Əlicanovun rəhbərliyi altında Pənah İlyaslı (70 kq), İbrahim Yusubov (80 kq), Kənan Əliyev (90 kq) və Oyan Nəzəriani (+90 kq) təmsil edəcək. Oktyabrın 14-də Pənah və Kənan, ertəsi gün isə İbrahimlə Oyan qələbə uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, reqlamentə əsasən hər çəkidə iştirakçılar əvvəlcə 2 qrupa bölünür. Hər qrupda ilk iki yeri tutan güləşçi yarımfinala vəsiqə qazanacaq.

Oxşar xəbərlər

Çimərlik güləşində yeni mövsüm başlayır - Beynəlxalq turnir
İranlı idmançının medalı Azərbaycanlı güləşçiyə verildi - Dopinqə görə
Güləşçimiz Dünya Çimərlik Oyunlarında gümüş medal qazandı
Azərbaycan nümayəndə heyəti ANOC-un iclasında iştirak edəcək
Güləşçilərimiz Dünya Seriyası turnirində iştirak edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər