"Hələ ardıcıl iki turnirdə uduzduğumu xatırlamıram" -Hacı Əliyev
Rusiyanın Yakutsk şəhərində Dmitri Korkinin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə beynəlxalq turnirdə azərbaycanlı sərbəst güləşçi Hacı Əliyev uğursuluqla üzləşdi.
Sportfm.az xəbər verir ki, ötən ay dünya çempionatında uğur qazana bilməyən 65 kq-da yarışan 28 yaşlı idmançı sportyakutia.ru saytına açıqlama verib:
"Təəssüf ki, belə oldu Yakutskda ən yaxşı görüşümü keçirə bilmədim. Azarkeşləri razı salmadığım üçün məyusam. Bəhanə gətirmək istəmirəm. Qazaxıstandakı dünya çempionatından sonra Dmitri Korkin turnirində də uğursuz oldum. Hələ ardıcıl iki turnirdə uduzduğumu xatırlamıram.
Rəşidovla görüşümə toxunmayaq. Şarastepanovla qarşılaşmada öndə idim və arxayınlaşdım. Bəli, o, yaxşı güləşçidir. Səhv etməsəydim, onu rahat məğlub edəcəkdim. Son saniyələrdə üç xal qazananda vaxtın bittidiyini düşündüm. Mənim üçün yaxşı dərs olacaq. Bu, üçqat dünya çempionunun hələ öyrənməyə davam etməli olduğunu göstərir. Buna görə daha çox məşq etməlisən. Ardıcıl qələbə qazananda hamı səni tərifləyir, güclü olduğunu deyir. Bütün bunlar səni arxayınlaşdırır, hər şeyin yolunda getdiyini düşündürür.
Yakutskdakı turnir mənə üzərində çalışacağım səhvlərimi göstərdi. Bu ilin mənim üçün uğursuz olduğunu demək olmaz. Avropa çempionatının və Avropa oyunlarının qalibi oldum. Olimpiadada dünya çempionatının uğursuzluğunu qələbə ilə əvəz edəcəm. Tokiodakı Olimpiya Oyunlarından sonra növbəti Dmitri Kokrin turnirinə qatılacam. Sizə söz verirəm".
Oxşar xəbərlər
Yakutskda 4 medal - Dmitri Korkinin xatirə turniri
Hacı Əliyevin növbəti uğursuzluğu
Hacı Əliyevin Yakutsk sınağı
Hacı Əliyev beynəlxalq turnirdə iştirak edəcək
Güləşçilərimizdən uğurlu nəticə - 4 medal
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Kəpəz" Azərbaycan millisi ilə bərabərə qaldı - Yoxlama oyunu
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
“Neftçi” Litva klubu qarşılaşacaq - Yoldaşlıq görüşü
-
Almaniya Serbiyanı, Portuqaliya Danimarkanı məğlub etdi
-
"Spartak" Bakıya gəlir - Yoldaşlıq görüşü üçün
-
Oyunların vaxtı açıqlandı - Azərbaycan kuboku














Misli Premyer Liqası