Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Toğrul Əsgərova uduzan idmançı toxunulmaz qaldı
Beynəlxalq Olimpiya Komitəsi London Yay Olimpiya Oyunlarının mükafatçısı Besik Kudoxu medaldan məhrum etməyəcək. Apasport.az saytının məlumatına görə, bunu Dünya Güləş Birliyi Avropa Şurasının vitse-prezidenti və Rusiya Güləş Federasiyasının I vitse-prezidenti Georgi Bryusov açıqlayıb.
O bildirib ki, 2013-cü ildə avtomobil qəzasında dünyasını dəyişən güləşçinin dopinqdən istifadəsi ilə bağlı araşdırmalar son verilib. Bununla da Londonda finalda Azərbaycan pəhləvanı Toğrul Əsgərova uduzan rusiyalının medalı toxunulmaz qalacaq.
Qeyd edək ki, bir qədər öncə Kuduxovun gümüş medalının Yoqeşvar Datta veriləcəyi açıqlanmışdı. Hindistanlı idmançı isə bundan rəsmən imtina etmişdi. Bu rəsmiləşsəydi, KXDR idmançısı Li Çjon-Me də "bürünc”ə sahib çıxacaqdı.
Oxşar xəbərlər
Olimpiya çempionumuz dopinqdə "ilişdi"
Dünya Güləş Birliyi 2017-ci ilin ilk reytinq siyahısını açıqlayıb
Dünya çempionatında 10 medal: İdmançılarımız ermənilərə şans vermədi
Toğrul Əsgərova Olimpiya qızılını qazandıran idmançının acı aqibəti... FOTO
Toğrul Əsgərov Olimpiya çempionu adından məhrum edilə bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası