reklam
Dünya Güləş Birliyi 2017-ci ilin ilk reytinq siyahısını açıqlayıb
Sportfm.az xəbər saytı

Dünya Güləş Birliyi 2017-ci ilin ilk reytinq siyahısını açıqlayıb


Dünya Güləş Birliyi ötən ilin yekunlarına əsasən 2017-ci ilin ilk reytinq siyahısını açıqlayıb. 

Sportfm.az Güləş federasiyasına istinadən xəbər verir ki, sərbəst güləşçilərimizdən 15 nəfəri Dünya Güləş Birliyinin reytinq siyahısında öz yerlərini tutub. Onlardan 7-si öz çəki dərəcələrində ilk onluğa daxil ola bilib. 
Rio Yay Olimpiya Oyunlarının gümüş medalçıları Toğrul Əsgərov (65 kq) və Xetaq Qazyumov (97 kq) reytinqdə də 2-ci sırada qərarlaşıb. Olimpiadanın bürünc medalçıları Hacı Əliyev (61 kq), Cəbrayıl Həsənov (74 kq) və Şərif Şərifov (86 kq) reytinq siyahısında da 3-cüdür. 
Qeyri-olimpiya çəki dərəcəsində Dünya çempionatının bürünc medalçısı Əhmədnəbi Qvarzatilov (61 kq) da reytinqə 3-cü sıradan daxil olub. 
Onluğa daxil daha bir güləşçimiz isə Cəmaləddin Məhəmmədov (125 kq) olub. 

Oxşar xəbərlər

Gimnastlarımızın 2023-cü il üçün reytinq siyahısı
Dünya çempionatı öncəsi 2 güləşçimiz reytinqdə ilk sırada yer alıb
Mariya Stadnik ikinci, Nataliya Sinişin dördüncü sıradadır
Rio-2016: Sərbəst güləşçilərimiz komanda hesabında birinci oldu - FOTO
Olimpiada öncəsi güləşçilərin yeni reytinq siyahısı açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər