Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Toğrul Əsgərova Olimpiya qızılını qazandıran idmançının acı aqibəti...FOTO
4 qat dünya çempionu, iki dəfə Yay Olimpiya oyunlarında medal qazanan, sərbəst güləşin əfsanələrindən sayılan rusiyalı Besik Kuduxov 2013-cü ildə Krasnodar vilayətində avtomobil qəzasında faciəvi şəkildə dünyasını dəyişib.
Avqustun sonunda London Olimpiadasında dopinq qəbul edən idmançıların adlarının açıqlanmasından sonra Kuduxovunda böyük Britaniyada qazandığı bürünc medalının ləğv olunacağı məlum olub. Qaydaya əsasən, onun medalı Besikə məğlub olan hindistanlı Yoqeşvar Dutta çatmalıdır. Ancaq hindistanlının bununla bağlı öz fikri var:
"Besik Kuduxov-böyük güləşçi olub. Ölümündən sonra belə bir məlumatın üzə çıxması çox üzücüdür. Mənə onun medalı lazım deyil. Onun medalının ailəsində qalmasını istəyirəm. Bu daha düzgün olardı”, - deyə idmançı bildirib.
Qeyd edək ki, 2012-ci ildə London Olimpiadasında güləşçimiz toğrul Əsgərov finalda məhz Besik Kuduxovu məğlub edərək qızıl medal qazanmışdı.
Oxşar xəbərlər
Toğrul Əsgərov Almaniyaya yollanır
Toğrul Əsgərova uduzan idmançı toxunulmaz qaldı
Toğrul Əsgərov Olimpiya çempionu adından məhrum edilə bilər
Rio-2016: Daha iki gümüş medal sərbəst güləşçilərimizdən gəldi
Useyn Boltdan vida mesajı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası