reklam
FIFA referimiz Litva - Farer adaları oyununu idarə edəcək
Sportfm.az xəbər saytı

FIFA referimiz Litva - Farer adaları oyununu idarə edəcək


Azərbaycanlı hakim Rəhim Həsənov növbəti dəfə 17 yaşadək futbolçulardan ibarət Avropa çempionatının seçmə mərhələ matçına təyinat alıb.

Sportfm.az xəbər verir ki, 36 yaşlı FIFA referisi 4-cü qrupda keçiriləcək Litva - Farer adaları oyununu idarə edəcək. Ona yan xətt hakimi qismində həmyerlisi Cəmil Quliyev və isveçli Maks Robin Vilde köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə isveçli Kaspar Şöberq yerinə yetirəcək.

Rəhim Həsənov və Cəmil Quliyev daha öncə bu qrupdakı iki oyunda da iş başında olublar.

Qeyd edək ki, oktyabrın 3-də keçiriləcək Litva - Farer adaları matçı Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. 4-cü qrupun oyunları İsveçdə keçirilir.

Oxşar xəbərlər

Əliyar Ağayev AVRO-2020-nin seçmə mərhələ matçını idarə edəcək
FIFA referimiz Avropa çempionatına təyinat aldı
Azərbaycanlı hakimlər Avropa çempionatına təyinat aldılar
Hakimlərimiz Avropa çempionatına təyinat aldı
Rəhim Həsənov İslandiyaya gedəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər