
AFFA 2 klubu cərimələdi
Futbol üzrə Azərbaycan I Divizionunda keçirilmiş V turun iki oyununda xərək daşıyan uşaqların yaşları əsasnaməyə uyğun olmayıb.
Sportfm.az xəbər verir ki, bununla bağlı AFFA İntizam Komitəsi tədbir görüb. "Neftçi-2" - "Sabah-2" və "Qaradağ Lökbatan" - "Qarabağ-2" matçlarında 18 yaşdan aşağı xərək daşıyanlardan istifadə olunub. Bu səbəbdən, meydan sahibi olan klublar hərəyə 80 manat cərimələnib.
Bundan başqa "Turan Tovuz”la qarşılaşmada intizam pozuntusuna yol verən MOİK-ə və futbolçularına qarşı cəzalar kəsilib. 85-ci dəqiqədə aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılan Raul Yaqubzadə 2 oyun diskvalifikasiyaya, klub 160 manat cəriməyə məruz qalıb.
90+5-ci dəqiqədə komandanın daha bir futbolçusu Ümid Şükürlü ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
MOİK oyunun video-yazılışını aparmadığına və matçın protokolunu vaxtında tərtib etmədiyinə görə isə üst-üstə 160 manat cərimələnib.

№ | Komanda | o | x |
1 | Neftçı | 17 | 33 |
2 | Qarabağ | 17 | 33 |
3 | Zirə | 17 | 28 |
4 | Sumqayıt | 17 | 23 |
5 | Qəbələ | 17 | 21 |
6 | Səbail | 17 | 16 |
7 | Keşlə | 17 | 15 |
8 | Sabah | 17 | 15 |
№ | Komanda | o | x |
1 | Araz | 17 | 51 |
2 | Marafon | 17 | 39 |
3 | EKOL | 17 | 39 |
4 | Neftçi İK | 17 | 36 |
5 | Baku Fire | 17 | 28 |
6 | Bakı TFK | 17 | 17 |
7 | Premier Quba | 17 | 14 |
8 | Record club | 17 | 13 |
9 | Xızı Futzal | 17 | 12 |
10 | Yasamal İSK | 17 | 5 |
№ | Komanda | o | x |
1 | Turan-Tovuz | 14 | 32 |
2 | Zaqatala | 15 | 31 |
3 | Neftçi-2 | 14 | 30 |
4 | Sabah-2 | 14 | 29 |
5 | Qarabağ-2 | 15 | 22 |
6 | Kəpəz | 13 | 16 |
7 | Keşlə-2 | 14 | 11 |
8 | Qaradağ Lökbatan | 14 | 10 |
9 | Sumqayıt-2 | 13 | 9 |
10 | MOİK | 14 | 6 |