Divizion klublarının cəzası açıqlandı
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportfm.az xəbər verir ki, toplantıda I Divizionun 13-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
MOİK – “Neftçi-2” matçının 77-ci dəqiqəsində “Neftçi-2”-nin futbolçusu Seymur Əliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Keşlə-2” – “Qaradağ Lökbatan” matçının 51-ci dəqiqəsində “Qaradağ Lökbatan”ın futbolçusu Sahil Zeynalov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Qaradağ Lökbatan”ın baş məşqçisi Elçin Dərgahquliyev hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 5 oyun cəzalanıb, klubu 400 manat cərimə olunub
“Qaradağ Lökbatan” klubu matçın protokolunu vaxtında tərtib etmədiyinə görə klub 80 manat cərimə olunub
“Turan Tovuz” – “Zirə-2” matçının 90+2-ci dəqiqəsində “Zirə-2”-nin futbolçusu Raul Musayev birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 160 manat cərimə olunub.
“Ağsu” – “Zaqatala” matçının 40-cı dəqiqəsində “Ağsu”nun futbolçusu Məhəmməd Əliyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Sabah-2” – “Qarabağ-2” matçında “Qarabağ-2”-ninn 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
“Sumqayıt-2” – “Səbail-2” matçı “Səbail-2” klubuna görə 10 dəqiqə gec başladığı üçün klub 80 manat cərimə olunub.
Oxşar xəbərlər
Divizion klubları cəzalandı
I Divizion klublarının cəzası açıqlandı
I Divizion klublarının cəzası açıqlandı
I Divizion klublarının cəzası açıqlandı
“Kəpəz”ə texniki məğlubiyyət verildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib – yarım milyondan çox mənimsəmə
-
MOİK 3–1 “Karvan-Yevlax” - VİDEO
-
“Araz-Naxçıvan” “Qəbələ”yə, “Zirə” “Sumqayıt”a qarşı - Premyer Liqa
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Arda Gülerlə yeni müqavilə imzalandı
-
Klub rəhbərinə 4 oyunluq cəza - QƏRAR















Misli Premyer Liqası