reklam
Qurban Qurbanov üçün əlamətdar oyun
Sportfm.az xəbər saytı

Qurban Qurbanov üçün əlamətdar oyun


UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda Lüksemburqda “Düdelanj”a qarşı oyun “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olacaq.

Sportfm.az xəbər verir ki, 47 yaşlı mütəxəssis Ağdam təmsilçisinin sükanı arxasında 100-cü avrokubok matçına çıxacaq. Onun rəhbərlik etdiyi kollektiv indiyədək 39 qələbə qazanıb, 27 dəfə heç-heçə edib və 33 görüşdə uduzub.

Avrokubok qarşılaşmalarından 36-sı Çempionlar Liqası, 63-ü Avropa Liqasına təsadüf edib. Qurbanov “Neftçi”nin baş məşqçisi kimi 2007-ci ildə UEFA kubokunun I təsnifat mərhələsində Avstriya “Rid”i ilə iki oyunda iş başında olub (1:3, 2:1).

Qeyd edək ki, oktyabrın 3-də Lümsemburqdakı "Jozi Bartel" stadionunda təşkil olunacaq "Düdelanj" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Oxşar xəbərlər

Qurbanov 700-cü oyununu keçirdi
Qurban Qurbanov üçün əlamətdar oyun - Azərbaycan Kuboku
UEFA Qurban Qurbanovla bağlı yanlışlığa yol verdi
UEFA "Sportinq" - "Qarabağ" oyunu ilə bağlı statistik məlumatları açıqladı
Qurban Qurbanovdan yeni fəth

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər