Qurban Qurbanovdan yeni fəth
Topaz Premyer Liqasının 25-ci turu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub.
Sportfm.az xəbər verir ki, “Zirə” ilə görüşdəki 2:1 hesablı qələbə 46 yaşlı mütəxəssis üçün Azərbaycan çempionatlarında 200-cü olub. Bu oyunadək hesabında 199 qələbə olan Qurbanov 200-cü sevincini 338-ci matçında yaşayıb.
İlk qələbəsini 2006/07 mövsümündə “Neftçi”nin “sükanı arxasında” qazanan çalışdırıcı paytaxt klubunda 19, 2008-ci ildən rəhbərlik etdiyi “Qarabağ”da 181 dəfə yetirmələrinin qalib gəlməsinə şahid olub.
Qurbanov Azərbaycan çempionatları tarixində 200 və daha çox qələbə qazanan ikinci baş məşqçidi. O, yalnız vaxtilə futbolçu kimi rəhbərliyi altında Ağasəlim Mircavadovdan geri qalır.
Oxşar xəbərlər
Qurbanov 700-cü oyununu keçirdi
Qurbanovdan 250-ci qələbə - Azərbaycan Premyer Liqası
Qurban Qurbanov üçün əlamətdar oyun - Azərbaycan Kuboku
Qurban Qurbanov yeni rekorda imza atdı
“Keşlə” 150-yə çatdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası