Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin idmançıları qızıl medalları qazandı -Turnir
"Narkomaniyaya və uşaq cinayətlərinə yox deyək" devizi altında "Mübarizlər" idman klubunun kikboksinq üzrə çempionatı keçirilib.
Sportfm.az xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində baş tutan turnirdə 400-ə yaxın idmançı qüvvəsini sınayıb. 35-dən çox klubun idmançıları 3 tatamidə mübarizə aparıb.
Yarışda Kikboksinq Federasiyasına üzv olan komandaların bir çəki dərəcəsində maksimum 4 idmançı təmsil edə bilib. Kikboksinqin WAKO versiyası və kik-layt və lou-kik qaydalarına uyğun olaraq təşkil edilən açıq çempionatı tribunalardan xeyli sayda idmansevər də izləyib.
Azərbaycanda dəfələrlə dünya çempionu olmuş Eduard Məmmədov kimi tanınmış idmançıların da yaxından dəstək verdiyi "Mübarizlər"in turnirində birinci yeri Daxili İşlər Nazirliyinin idmançıları tutub. Çempionatın gümüş medallarını XTQ komandası qazanıb. Müvafiq olaraq 3-cü və 4-cü yerləri ZV və "Mübarizlər"in idmançıları tutub.
Fotolar: Sportfm.az




Oxşar xəbərlər
Kikboksçular bu dəfə "Abşeron"a toplaşır - "Mübarizlər" turniri
“Qara Qaplan” klubunun yetirmələri ən yüksək nəticə göstərib
Dünya çempionatında Azərbaycanı 12 idmançı təmsil edəcək
Karateçimizdən möhtəşəm qələbə
Sumqayıtdakı K-1 beynəlxalq turnirinə yekun vurulub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası