Elşad Quliyev: "Hədəfləri olan komandayıq"
Futzal üzrə Yüksək Liqanın oyunları davam edir. Bu mövsüm ölkə çempionatında 10 komanda mübarizə aparır. Əbədi favorit olan Naxçıvan təmsilçisi "Araz"la yanaşı, futzal elitasının "ağır topları"ndan olan "Neftçi" İK və EKOL-da hər zaman olduğu kimi yüksək yerlər uğrunda yarışır. Birillik fasilədən sonra ölkə çempionatına "geridönüş" edən "Marafon"unda mükafatçılar sırasına düşmək uğrunda döyüşəcəyi məlumdur. İlk turlarda əsas rəqiblərinə məğlub olan "qara-göylər"in hədəfdən uzaq düşüb-düşmədiyini öyrənmək üçün komandanın çalışdırıcısı Elşad Quliyevi aradıq. PRO kateqoriyalı mütəxəssis komandanın son durumuna aydınlıq gətirməklə bərabər, mövsümə məğlubiyyətlərlə başlamalarına da aydınlıq gətirdi:"Hər şey nəzarət altındadır. Sadəcə ilk iki turda ardıcıl olaraq çətin rəqiblərlə üz-üzə gəldik və xal qazana bilmədik. Və əsas məqamlardan biri, "Marafon"un liderlərindən Seymur Məmmədov mövsümün başlanğıcında bizə kömək edə bilmədi. Biz mövsüm hazırlıqlarına gec start verdik. Üstəlik çempionatın başlamasına az vaxt qaldığı üçün hazırlıq matçlarında futzalçılarımızı sınamaq imkanım olmadı. Təbii ki, belə olan təqdirdə komandadakı anlaşma yüksək səviyyədə ola bilməz. Ancaq turdan-tura öz oyunumuzu tapacağıq. Bizə hazırda meydana çıxan heyətlər arasında balans yaratmağa çalışırıq. Təbii ki, bütün bunlar zaman tələb edən məqamlardır. Hazırda millinin oyunu ilə bağlı yaranan fasilədən səmərəli istifadə edirik".
Elşad Quliyev bu mövsüm üçün komandanın iddialarına da aydınlıq gətirib: "Marafon" bu yarışa qatılıbsa, demək ki, iddialıdı. Biz ölkə çempionatının gümüş medallarını qazanmışıq, kuboku başımız üzərinə qaldırmışıq. Hədəfləri olan komandayıq. "Marafon" hələ öz sözünü deyəcək".
Qeyd edək ki, Elşad Quliyev 2017/18-ci il mövsümünün ən yaxşı məşqçisi seçilib.
Oxşar xəbərlər
""Marafon" öz çıxışı ilə futzalsevərlərin könlünü fəth edəcək" - Samir Məmmədov
“Marafon” futzal elitasına qayıdır – Hədəf çempionluq olacaq
Elşad Quliyev ən yaxşı məşqçi seçildi, "Araz" kubokuna qovuşdu - FOTO
"Neftçi"nin gəncləri təcrübəli mütəxəssisə etibar edildi - ÖZƏL
Elşad Quliyev:"Oyundan-oyuna artırırıq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı















Misli Premyer Liqası