""Marafon" öz çıxışı ilə futzalsevərlərin könlünü fəth edəcək" -Samir Məmmədov
Futzal üzrə Yüksək Liqada 4-cü turun oyunları arxada qalıb.
Sportfm.az saytına danışan komandanın icraçı direktoru Samir Məmmədov Yüksək Liqaya uğurlu start verməyən "Marafon"un bu il iddialılardan biri olacağını söyləyib: "Ola bilər ki, yaxşı başlamadıq, ancaq bu o demək deyil ki, "Marafon" yüksək yerlərə iddialı olmayacaq. Biz bu yola çıxmışıqsa, istər klub rəhbərliyinin, istərsə də, məşqçilər korpusumuzun hədəfi mövsümün sonunda mükafatçılar sırasına düşməkdi. Bunun üçün qış fasiləsində heyətimizi gücləndirəcəyik. Düşünürəm ki, əvvəlki illərdə olduğu kimi "Marafon" öz çıxışı ilə futzalsevərlərin könlünü fəth edəcək. Baş məşqçimiz Elşad Quliyev başda olmaqla bütün "marafonçular" ilk olaraq gözəl oyun nümayiş etdirməyi düşünür. Mənim fikrimcə, gözəl və baxımlı oyun nümayiş etdirən komandanın nəticələri də yaxşı olmalıdı".
Qeyd edək ki, sonuncu tur çərçivəsində baş tutmayan yeganə matç olan “Marafon” – “Baku Fire” birincilərin müraciəti əsasında təxirə salınıb.
Oxşar xəbərlər
Elşad Quliyev heyətin yetərsizliyindən gileyləndi: ""Araz" da eyni sıxıntını yaşayır"
"Biz oyundan-oyuna artırırıq" - Elşad Quliyev
Elşad Quliyev səhnəyə qayıdır - Yüksək Liqa başlayır
“Marafon” futzal elitasına qayıdır – Hədəf çempionluq olacaq
Yenilənən "Marafon" köhnə rəqibə şans vermədi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı













Misli Premyer Liqası