"Neftçi"nin gəncləri təcrübəli mütəxəssisə etibar edildi -ÖZƏL
Elşad Əhmədovun I divizion klubu “Xəzər”ə gedişindən sonra "Neftçi"nin əvəzedici komandasının boş qalmış baş məşqçi postunun sahibi müəyyənləşib.
Sportfm.az saytının əldə etdiyi məlumata görə, "Neftçi"nin gənclərini hazırda futzal üzrə Yüksək Liqada debütant "Marafon"la uğurlu nəticələrə imza atan Elşad Quliyev çalışdıracaq. "Neftçi" rəhbərliyi təcrübəli mütəxəssislə artıq anlaşıb.
Qeyd edək ki, bir dönəm Bakı "İnter"inin əvəzedici heyəti ilə çempion olan PRO kateqoriyalı məşqçi, "Rəvan"a və "Fənər" futzal klubuna rəhbərlik edib. Mövsümün əvvəlində "Marafon"la müqavilə imzalayan Quliyevin komandası hazırda "Neftçi" İK və EKOL-u üstələyərək, turnir cədvəlində ikinci sırada yer alır. Bu mövsüm adından söz etdirən "Marafon"un uğurlarında əsas pay sahiblərindən biri olan E.Quliyev "Neftçi"də yeni ildən sonra işə başlayacaq.
Oxşar xəbərlər
Qazaxıstan yığmasının üzvü Azərbaycan çempionatında dubl etdi, EKOL məğlub oldu
Elşad Quliyev: "Hədəfləri olan komandayıq"
Elşad Quliyev səhnəyə qayıdır - Yüksək Liqa başlayır
“Marafon” futzal elitasına qayıdır – Hədəf çempionluq olacaq
Debütant liderliyə yüksəldi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası