Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Bir adam sizi qoyub qaçır, siz onu yenidən qaytarırsız?" - baş məşqçinin təyinatına münasibət
Joze Alesio da Silvanın yenidən futzal yığmamızın "sükanı arxasına” gətirilməsini mütəxəssislər birmənalı qarşılamır. Düzdü, əksəriyyət onun güclü mütəxəssis olduğunu vurğulayır. Ancaq üç il əvvəl millini qalmaqallı şəkildə tərk edən, federasiya və klub rəsmilərinə xəbər vermədən gecəykən Bakıdan Qazaxıstana qaçan braziliyalı mütəxəssisə yenidən bu postun tapşırılmasını etik cəhətdən düzgün saymayanlar da az deyil. Onlardan biri də "Xəzər adaları”nın sabiq baş məşqçisi, hazırda Kanadada yaşayan Elnur Qəmbərovdu.
Gənc mütəxəssis Futzal Federasiyasını bu addımına görə qınayır: "Alesionun qaytarılmasını eşitdim, açığı, şok oldum. Buna biabırçılıqdan başqa ad vermək olmaz. Ona görə yox ki, Joze Asesio zəif məşqçidi. Əksinə, o, güclü mütəxəssisdi, dahi taktikdi. Buna sözüm yoxdu. Mən özüm də ondan çox şey öyrənmişəm. Ancaq o, Azərbaycandan qaçıb gedəndə arxasınca nələr demirdilər, yəqin yadınızdadı. Yaxşı olar ki, qəzetinizin arxivini axtarıb ovaxtkı müsahibələri yenidən dərc edəsiz. Deyirdilər, o, bir də bura qayıtmayacaq. Nə oldu, niyə qaytardılar? Bir adam sizi qoyub qaçır, siz onu yenidən qaytarırsız? Özü də 5-6 il sizinlə işləyəndən sonra atıb qaçır. Alesio yenə özü ilə legionerlər gətirəcək. Bəs yerli məşqçilərimiz nə vaxt işləyəcək? Nə vaxtsa Azərbaycan millisində azərbaycanlı mütəxəssis işləyəcək? Altı il Alesio, sonra Tino Peres, ardınca Miltinyo, Biro Jadedən sonra da yenə Alesio gəldi. Mən özümü nəzərdə tutmuram. Bəs nə oldu, Alesioya düşmən gözü ilə baxırdılar? Elə Alesio düz edir, harda ona rahatdısa, orda da işləyir. Yenə deyirəm, Alesio çox güclü məşqçidi. Amma fərariyə qucaq açmaq utandırıcıdı".
Mənbə: Futbol+ qəzeti
Oxşar xəbərlər
“İspaniya ilə oyunda az səhvə yol verdik” - Joze Alesio Da Silva
Joze Alesio yenə özündə günah görmür: "Futzalçılarımız sanki oyunda deyildilər"
"Qorxduğum başıma gəldi" - Joze Alesio
"Uduzmağı heç kim istəmir" - Joze Alesio
Joze Alesio Da Silva: "Əlbəttə bu fiaskodur" - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası