reklam
Milli komandamız ruslara məğlub oldu -
Sportfm.az xəbər saytı

Milli komandamız ruslara məğlub oldu -FOTO


Bu gün Rusiyanın Həştərxan şəhərində təşkil olunan “Caspian Cup-2019” turnirində Azərbaycan millisi ilk oyununu keçirib.

Sportfm.az xəbər verir ki, oyunda ilk real qol epizodunu futzalçılarımız yaratdı. Amadeu qapıçı ilə üzbəüz qaldığı epizodda rəqib qolkiperi məğlub edə bilmədi. Ümumiyyətlə ilk 10 dəqiqə bir qədər kəşfiyyat xarakteri daşıdığından komandalar ehtiyatı əldən vermədilər. Azarkeşlər isə ilk qolu 12-ci dəqiqədə gördü. Meydan sahiblərindən Kodziev hesabı açdı. Fasiləyə 28 saniyə qalmış komandamız ikinci qolu buraxdı.

Ikinci hissədə dərhal fərqi minimuma endirmək olardı. Amma Eduardonun zərbəsindən sonra top qapı dirəyinə dəyinə dəydi. 32-ci dəqiqədən etibarən Alesio qapıçını meydan oyunçusu ilə əvəzlədi ki, bu funksiyanı Rizvan Fərzəliyev yerinə yetirdi. Komandamızın hücumu zamanı top itkisi meydan sahiblərinə boş qapıya düşmək imkanı qazandırdı. Kardoso özünü yetirərək buna imkan vermədi. 35-ci dəqiqədə fərq minimuma enə bilərdi ki, son anda qeyri-dəqiqlik buna mane oldu. Amma 37-ci dəqiqədə Eduardo rəqib torunu silkələməyi bacardı. Son saniyələrdə isə rəqib qapıçı matda hesabın bərabrələşməsinə imkan vermədi.  Oyun rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatdı.

Futzalçılarımız növbəti oyununu sentyabrın 23-də saat 16:00-da İran millisinə qarşı keçirəcək.

 

 

Rusiya – Azərbaycan (2:0) 2:1

Caspian Cup -2019 turniri.

22 sentyabr 2019. Həştərxan. Zvezdnıy İdman kompleksi. Saat 16:00

Hakimlər: Yuri Neverov (FİFA), Vladimir Kadıkov (FİFA), Qriqori Zelençov (FİFA)

Qollar: R. Kudziev, 11:34, A. Niyazov, 19:32 // Eduardo, 36:21

Sarı vərəqələr:  N. Şisterov, 31:32 // Vassora, 28:57, İ. Atayev, 39:40

 

Rusiya

1. Georgi Zamtaradze (q), 4. Dmitri Lıskov, 9. Sergey Abramov (k), 14. Danil Davıdov, 17. Artem Antoşkin, 12. Nikolay Balaşov (q), 2. Valeri Demin, 3. Romulo, 5. Ruslan Kudziev, 7. İvan Milovanov, 8. Yanar Asadov, 10. Artem Niyazov, 13. Nikolay Şisterov, 18. Andrey Afanasov

Baş məşqçi: Sergey Skoroviç

 

Azərbaycan

12. Rövşən Hüseynli (q), 3. Teles Thaqo, 13. Cardoso Everton, 2. Eduardo Borges, 10. Oliveira Do Nascimento Villiams “Vassora”, 1. Emin Kürdov (q), 8. Rizvan Fərzəliyev (k), 14. Vitali Borisov, 17. İsa Atayev, 7. Ramiz Çovdarov, 11. Xətai Bağırov, 9. Faiq Əliyev, 5. Amadeu, 16. Poletto

 

Oxşar xəbərlər

Millimiz Qazaxıstana uduzdu
Azərbaycan millisi İranla bərabərə qaldı
Millimiz Rusiyaya belə məğlub oldu - VİDEO
Zamtaradze Azərbaycan millisi ilə oyuna dəvət aldı
Milli komandamız ilk oyunda məğlub oldu - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər