37-ci dünya çempionatının təntənəli açılış mərasimi keçirildi
Sentyabrın 16-da Bakıda, Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatının təntənəli açılış mərasimi keçirilib.
Sportfm.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, birinci xanım, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva və ailə üzvləri açılış mərasiminə baxıblar.
Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanova da açılış mərasimində olub.
Mərasimdə əvvəlcə iştirakçı ölkələrin dövlət bayraqları təqdim edilib.
Mərasimdə Beynəlxalq Gimnastika Federasiyasının sentyabrın 13-də vəfat edən, iyirmi il bu quruma rəhbərlik etmiş sabiq prezidenti Bruno Qrandinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonda Azad Rəhimov, Morinari Vatanabe və dünya çempionatının səfiri, bir neçə dəfə dünya çempionu, Olimpiya Oyunlarının mükafatçısı, rusiyalı gimnast Yana Batırşina çempionatı açıq elan edib.
Oxşar xəbərlər
Prezident və birinci xanım İrina Viner-Usmanova ilə görüşdülər - FOTOLAR
İrina Viner-Usmanova Bakıdakı yarışdan danışdı: Möhtəşəmdir
Rusiyalı gimnastlar Bakıda ən yaxşılar sırasında
Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirildi
Mehriban Əliyeva yüksək mükafata layiq görüldü - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası